Fransa noyabrın 13-də 130 nəfərin ölümü ilə nəticələnən Paris terror olayı ilə bağlı ABŞ-a etdiyi müraciətinə rədd cavabı alıb. SİA "Reuters"ə istinadən xəbər verir ki, fransalılar amerikalılardan Paris terrorunda şübhəli bilinən şəxslərin maliyyə qaynaqları barədə informasiyanı istəyib. Lakin ABŞ tərəfi imtina edib. Amerikalılar bunu belə əsaslandırıblar ki, yanvar ayında 17 nəfərin ölümü ilə nəticələnən terror hadisəsindən öncə ABŞ Fransadan təhlükə yarada biləcək terrorçular barədə məlumatlar istəmişdi, lakin Fransa amerikalı həmkarlarının müraciətini cavabsız qoymuşdu.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB