İAK rəhbərliyi görüş keçirib

İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzəyev İsveçdə hakim partiya olan Sosial Demokratlar, həmçinin Stokholm Bələdiyyəsində çoxluq təşkil edən müxalif Moderatorlar partiyalarının təmsilçiləri ilə bir sıra görüşlər keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, görüşlərdə əsas məqsəd son illər ərzində İsveç hökuməti və parlamenti ilə Azərbaycan diasporunun qarşılıqlı fəaliyyətini müzakirə etmək olub.

Müzakirələr zamanı İsveç Azərbaycanlıları Konqresinin sədri və üzvləri İsveç tərəfinin nümayəndələrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb. Diaspor nümayəndələri Azərbaycan Respublikasının 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunması və bu ölkənin BMT-nin Azərbaycan torpaqlarının boşaldılmasına dair qətnamələrinə əməl etməməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Bundan başqa, münaqişə ilə bağlı sənədlər və ədəbiyyat isveçlilərə təqdim olunub.

Görüşdə Azərbaycan diasporunun İsveçin siyasi həyatında aktiv işitrakından söz açan Konqresin nümayəndələri son üç il ərzində təşkilatın səkkiz üzvünün İsveç Krallığının aparıcı partiyalarına üzv olduğunu vurğulayıb. Bildirilib ki, 2010-cu iləd yaradılan İsveç Azərbaycanlıları Konqresinin əsas məqsədlərindən biri məhz soydaşlarımızın İsveçin ictimai-siyası həyatına uğurlu inteqrasiyasını təmin etmək olub.

Sonda Azərbaycan diasporunun İsveç Krallığının siyasi həyatında fəallığını artırmaq üçün belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə