İKT niyə Ermənsitana sanksiya tətbiq etmir? Açıqlama

İKT niyə Ermənsitana sanksiya tətbiq etmir? Açıqlama

"Biz İslam Konfransı Təşkilatından Ermənistana qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq etməsini gözləyə bilmərik". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə İslam Konfransı Təşkilatının bir sıra dövlətlərinin Ermənistana qarşı tutduqları mövqe ilə bağlı danışarkən deyib.

O, təşkilatın Ermənistanın mövcud işğalçılıq siyasəti ilə bağlı bu ölkəyə qarşı sanksiyalar tətbiq etməməsinin səbəblərini açıb: "İslam Konfransı Təşkilatı dövlətlərinin hamısının Ermənistana qarşı eyni mövqeyə sahib olmaması bu işi mümkünsüz qılır.

Baxmayaraq ki, Azərbaycan müvafiq siyasi addımlar nəticəsində İslam Konfransı Təşkilatında Ermənistana qarşı müəyyən sənədlərin qəbul edilməsinə nail olub. Lakin Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı hər bir müsəlman dövləti eyni mövqe tutmur. Çünki müsəlmanların yaşadığı bir sıra ölkələr Ermənistanla çox yaxın münasibətdədirlər".

Millət vəkili bildirib ki, hətta bəzi müsəlman dövlətlərində ermənilərlə bir millət, bir dövlət olduqlarını ifadə edən bir sıra din xadimləri də mövcuddur: "Məhz bu amillərə görə çox təəssüf ki, biz İslam Konfransı Təşkilatından Ermənistana qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq etməsini gözləyə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə