PA rəsmisi: "Çinlə əməkdaşlıq etmək niyyətindəyik"

PA rəsmisi: "Çinlə əməkdaşlıq etmək niyyətindəyik"

"Prezident İlham Əliyevin Çinə səfəri həm formasına, həm statusuna, həm də məzmununa görə tarixi səfər oldu". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

PA rəhbərinin müavinin sözlərinə görə, Prezidentin Çinə səfəri mühüm əhəmiyyətə malik oldu: "Səfər zamanı gedən danışıqlar, görüşlər və imzalanan 10 sənəd tarixi əhəmiyyəti ilə seçildi. Orada elə bir sahə olmadı ki, əməkdaşlıq məsələləri müzakirə olunmasın. Çin Xalq Respublikası Azərbaycanla əməkdaşlığa önəm verir. Biz qarşılıqlı əməkdaşlıq etmək niyyətindəyik. Bunun üçün də iradənin ortada olması vacib amildir".

Bütün xəbərlər Facebook səhifəmizdə