"Heydər Əliyev dedi ki, mən öz dilimi konstitusiyaya saldıracağam". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclis deputatı Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti zamanı Azərbaycan xalqına bəxş etdiyi uğurlardan bəhs edərkən deyib.
O bildirib ki, Azərbaycan xalqı üçün Heydər Əliyev xilaskar deməkdir, çünki Heydər Əliyev Azərbaycanın ən ağır vaxtlarında bu xalqa dəstək olub: "Hələ Kommunist Partiyası dövründə, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçilərkən Azərbaycan Sovet Respublikaları içərisində ən geridə qalmış respublikalar sırasında idi. Lakin qısa müddət ərzində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində Azərbaycan çox böyük inkişaf yolu keçdi və bu inkişaf özünü bütün sahələrdə göstərdi. Məhz Heydər Əliyev sayəsində Azərbaycan Sovet Respublikaları içərisində ən qabaqcıl respublikalarından birinə çevrildi".
Hələ Sovet dövründə Heydər Əliyevin Azərbaycan xalqının nə vaxtsa müstəqil olacağını düşündüyünü deyən millət vəkili ulu öndərin ürəyində gerçəkləşdirmək istədiyi bir arzusunun da olduğunu vurğulayıb: "Heç də təsadüfi deyil ki, 1978-ci ildə Azərbaycan Konstitusiyasında dəyişiklik edilərkən Heydər Əliyev SSRİ rəhbərliyi yanındakı böyük nüfuzundan istifadə edərək Azərbaycan dilini konstitusiyamıza saldırdı"
Bununla bağlı bir hadisəni nəql edən Eldar İbrahimov o dövrdə ulu öndər Heydər Əliyevlə Ukrayna rəhbəri arasında keçən dialoqu nəzərə çatdırıb: "Heydər Əliyev mənə deyirdi: "Eldar, mən bu məsələni həyata keçirəndə Ukraynanın birinci katibi Şirbiski mənə yaxınlaşdı və dedi ki, sən bu məsələyə necə baxırsan? Əgər sən Azərbaycan dilini konstitusiyaya saldırırsansa, onda biz də Ukrayna dilini konstitusiyaya saldıraq?
Mən isə ona belə cavab verdim: "O, sənin öz işindir lakin mənə mane olmayın. Mən öz dilimi konstitusiyaya saldıracağam".
Sovet Respublikaları içərisində ilk olaraq Azərbaycan dilinin ana dili kimi konstitusiyaya salınması Heydər Əliyevin uğurlu siyasətinin uzaqgörənliyi idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB