AXCP: "Fuad Qəhrəmanlı Əli Kərimlinin növbəti qurbanlarından biri oldu" MÜNASİBƏT

AXCP: "Fuad Qəhrəmanlı Əli Kərimlinin növbəti qurbanlarından biri oldu" MÜNASİBƏT

"Dünyada baş verən hadisələrə diqqət yetirsək, din pərdəsi altında gedən hər prosesin nəticəsinin ölkədə terror qruplaşmalarının yaranmasına gətirib çıxardığını görərik. Bu baxımdan da hesab edirəm ki, dini ekstremist çağırışların edilməsi yolverilməzdir". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ehtiram Mehdiyev Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının həbsinə münasibət bildirərkən deyib.

Ehtiram Mehdiyev qeyd edib ki, Fuad Qəhrəmanlının həbsinə səbəb dini ekstremist çağırışlar olub: "Fuad Qəhrəmanlının sosial şəbəkədəki şəxsi hesabında yaydığı çoxsaylı statuslarda vətəndaşları islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi sonda həbsi ilə nəticələndi. Onun məqsədi Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Azərbaycanda din pərdəsi altında ağır cinayət törətmək idi. Bu adam Nardaranda insanları dini ekstremist fəaliyyətin həyata keçirilməsinə və dini ayrı seçkiliyin salınmasına sövq edirdi. Bu gün nəinki Fuad Qəhrəmanlını, eyni zamanda onu bu yazılara təhrik edən və dəstək verən Əli Kərimlini də məsuliyyətə cəlb etmək lazımdır. Əli Kərimli növbəti qurbanını da həbsə göndərdi. Biz bu cür hadisələrin dəfələrlə şahidi olmuşuq. Lakin hər bir prosesin sonunda baxsaq görərik ki, Əli Kərimli həmişəki kimi azadlıqda, ətrafı isə həbsdədir. Fuad Qəhrəmanlı bu nüansları nəzərə almalı idi. İllərdir onun yanında olan biri bilməli idi ki, Əli Kərimli yolu insanları fəlakətə və həbsə sürükləyir. Əfsuslar olsun ki, bu gün yenə də həmin mənzərə ilə qarşı-qarşıyayıq. Əli Kərimli azadlıqda, onun əməllərinin qurbanı isə məhbusda".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə