Bu gün Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasi (YAP) Nizami rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş sərgi-tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları öncə Heydər Əliyev Muzeyindəki Ulu Öndərin büstü önünə tər güllər düzüblər, xatirəsinə dərin ehtiramlarını bildiriblər və sərgi ilə tanış olublar.
Tanışlıq zamanı YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov məlumat verib ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən əsərlər, kitablarla yanaşı, qədim incəsənət növü olan taxta üzərində yandırma, dəmir lövhələr üzərində döymə metodları ilə Ulu Öndərimizin portretləri yaradılıb. Müəllifi rayon Ağsaqqallar Şurasının üzvü olan İntiqam Xəlilov həmçinin, İlan dağı kimi müxtəlif mənzərələri əl üsulu ilə işləyib.
Müasir Azərbaycan Respublikasının xilaskarı, qurucusu, YAP-ın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və dekabrın 4-də "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciə ilə əlaqədar vəfat etmiş neftçilərin xatirəsi birdəqiqəlik sükutla edildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətçi, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.
Sədaqət Vəliyeva qeyd edib ki, qeyri-adi şəxsiyyəti, əsil siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi: "Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ulu Öndərin ölməz ideyaları, müdrik siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dahi şəxsiyyət Heydər Əliyevin istər Sovet İttifaqı, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, ölkəmizin qazandığı bugünkü uğurların məhz Ulu Öndərin siyasətinin nəticəsi olduğunu söyləyib.
Arif Qasımov qeyd edib ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müasir müstəqil Azərbaycanın tarixindəki əvəzsiz yerini daha dərindən dərk edir, Onun siyasi əzəməti, beynəlxalq nüfuzu barəsində fikir yürütməyə mənəvi ehtiyac duyuruq.
Sonra Azərbaycanı Türkiyədə şeir müsabiqəsində təmsil etmiş Zeynalabdin Bağırzadə İlyas Tapdıqın "Xalqın böyük oğluna" şeirini səsləndirib.
Tədbirin sonunda rəssam İntiqam Xəlilov əsərlərini qonaqlara təqdim edib.
Xatirə şəkli çəkdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB