Bu gün Respublika Veteranlar Təşkilatının 2015-ci ildə gördüyü işlərə dair V Plenumu keçirilib. SİA-nın məlumatına görə, iclasda 205-ci ildə görülən işlərin hesabatı 2016-cı ildə qarşıda duran vəzifələr barədə çıxışlar dinlənilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Liderin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər. İclasda əvvəlcə "Günəşli" yatağında baş verən faciənin qurbanları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Respublika Veteranları Təşkilatının sədri Dadaş Rzayev çıxış edərək veteranlara göstərilən diqqət və qayğıdan bəhs edib, Ölkə Prezidenti cənab İlham Əliyevə bütün veteranlar adından təşəkkür edib. D.Rzayev qeyd edib ki, 2015-ci il Azərbaycan veteranları üçün yadda qalan il olub: "Belə ki, veteranlara geniş sahəsi olan inzibati bina təhvil verilib. Respublikanın rayon və şəhərlərində 50-yə yaxın veteranlar təşkilatının inzibati binası istifadəyə verilib. Həmçinin Böyük Vətən Müharibəsinin 70 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Ümüd edirəm ki, bu işlər yenə də davam etdiriləcək. Düzdür bizim də nöqsanlarımız var. Amma bütün bunları aradan qaldırmaq üçün Təşkilatın rayonlardakı nümayəndəliklərinə daha ciddi nəzarət olunacaq. Bəzi rayon nümayəndəlikləri işlərinin öhdəsindən gələ bilmir. Onların işlərində dönüş yaradacağına inanırıq".
İclasda veteranlar da çıxış edərək öz növbələrində Prezident İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, millət vəkilləri Bahar Muradova və Xanhüseyin Kazımlı iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB