Ərdoğandan İraq hökumətinə SƏRT İTTİHAM

“Heydər əl-Abadi indiyə qədər niyə susurdu?”
Ərdoğandan İraq hökumətinə SƏRT İTTİHAM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, türk silahlı qüvvələri İraq ərazisinə məhz bu ölkənin rəhbərliyinin xahişi ilə daxil olub. SİA xəbər verir ki, o, bu barədə "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib. "Türkiyə əsgərləri Başik rayonundakı düşərgədə (İraqın Mosul şəhərinin yaxınlığı-red.) baş nazir Heydər əl-Abadinin xahişi ilə yerləşiblər. Hansı ki, o (Heydər əl-Abadi-red.) bu barədə 2014-cü ildə müraciət etmişdi. İndi mən soruşuram: nəyə görə əl-Abadi 2014-cü ildən bəri susub?"-deyə Ərdoğan bildirib.

Türkiyənin prezidenti eyni zamanda İranın və İraqın şiə kəsiminin İraqda və Suriyada sünniləri təhdid etdiklərini də deyərək, onları ittiham edib. Ərdoğan sual edib ki, belə olan halda sünni kəsiminin müqəddəratı necə olacaq: "Orada sünni ərəblər, sünni tükkmənlər və sünni kürdlər yaşayır, bəs onların taleləri ilə maraqlanan varmı?".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə