Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı ilə rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib. SİA xəbər verir ki, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon İH-nin başçısının müavini Arzu Məmmədova, rayonun ictimai-siyasi xadimləri və faəl gənclər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ulu Öndərin əbədiyyətə qovuşmasının 12-ci ildönümünə həsr olunmuş tədbirdə Dahi Liderin həyat və fəaliyyətini əks etdirən stendlərə, fotoşəkillərə baxış keçirilib, Onun həyatının müxtəlif dönəmləri barədə bəhs edən filmə baxılıb.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyan dahi siyasətçi kimi ölkəmizin gələcək inkişafının və tərəqqisinin təməlini qoyub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB