"TANAP layihəsinin praktikaya görə 2018-ci ilin iyulundan daha tez istifadəyə verilə bilər". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Rusiya və Türkiyə münasibətləri ilə əlaqədar "Transanadolu Qaz Kəməri" (TANAP) layihəsinin daha irəli bir müddətdə istifadəyə verilməsi məsələsini şərh edərkən deyib.
O bildirib ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edərkən danışıqlar zamanı bu məsələ ilə bağlı bəyanat səsləndirib və bu bəyanatda TANAP layihəsinin Türkiyə ərazisində 2018-ci ildən daha tez inşa olunacağı qeyd olunub: "Türkiyə Azərbaycandan daha tez qaz almağa hazırlaşır. Azərbaycan tərəfi də öz növbəsində TANAP, o cümlədən "Cənub Qaz Dəhlizi" layihəsi üzrə işlərin qrafikdə nəzərdə tutulduğundan daha sürətlə gedəcəyini qeyd edib. Bu bəyanatları nəzərə alaraq TANAP layihəsinin praktikaya görə 2018-ci ilin iyulundan daha tez istifadəyə verilməli reallaşa bilər. Lakin reallıqda nə zaman həyata keçəcəyi hələ ki, məlum deyil".
İlham Şaban vurğulayıb ki, bu irəliləyişi Türkiyə və Rusiya əlaqələrinin təzahürü kimi də qiymətləndirmək olar: "Artıq rəsmi Ankara Türkiyənin Rusiyadan qaz asılılığını azaltmaq niyyəti açıq şəkildə bəyan edib. Türkiyə enerji mənbəyi baxımından 55 faiz Rusiyadan asılıdırlar və bu asılılığı azaltmaq üçün digər ölkələrdən, həmçinin Azərbaycandan qaz idxalını artırmaq niyyətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB