Arzu Nağıyev: “Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, reallaşa bilər” AÇIQLAMA
"Hazırda regionda yaranan şəraitdə bu məsələ o qədər də real görünmür". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev Gürcüstanın irəli sürdüyü ümumi regional enerji şəbəkəsi yaratmaq təklifinin nə dərəcədə real olması məsələsi barədə açıqlamasında deyib.
Siyasi ekspert bildirib ki, bu təklif Gürcüstanın Energetika naziri Kaxa Kaladzedən gəlib: "Bu gün Gürcüstan Ermənistana Rusiya qazının tranzitindən özləri üçün xeyli miqdarda qaz saxlayır. Eyni zamanda Azərbaycan qazının Rusiya qazı ilə əvəz ediləcəyi haqqında bəyanatlar verirdi. Məlumdur ki, Azərbaycan tərəfi Gürcüstana əhalinin istifadəsi üçün güzəştli qiymətlərlə qaz ixrac edir. Bu problemlərlə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstana səfərində tam açıqlama verib. Düşünürəm ki, Gürcüstanın ümumi regional enerji şəbəkəsinə qoşulma təklifi özlərinin tranzitdən xeyiri ilə bağlıdır və bununla Rusiyaya da yararlanmaq istəyirlər. Yaxın gələcəkdə bunun mümkün olması Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra reallaşa bilər. Bu isə bu gün real görünmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB