Petros Makeyan: “Sarkisyanın nəyə sevindiyini anlamıram” MÜXALİFƏT İTTİHAM EDİR

Petros Makeyan: “Sarkisyanın nəyə sevindiyini anlamıram” MÜXALİFƏT İTTİHAM EDİR

"Serj Sarkisyanın virtual KİV-lər qarşısındakı çıxışı təsdiq edir ki, hakimiyyət həqiqət və reallıqlardan kifayət qədər uzaqdır". SİA "armtoday"a istinadən xəbər verir ki, Ermənistanın müxalifətdə olan "Demokratik partiyası"nın lideri Petros Makeyan bu barədə fikirlərini İrəvanın "Azadlıq" meydanında keçirilən mitinqində deyib.

"Onlar (Ermənistan iqtidarı – red.) özlərinə məxsus real saraylarında sıxılıb qalıblar"- deyə, qeyd edən müxalifət lideri Sarkisyanın siyasi partiyaların sayının çoxluğuna görə Ermənistanın birinci yerdə olmasına sevinməsini hələ də anlamadığını deyib. Makeyanın fikrincə, bu, həmin partiyalardır ki, vaxtilə özlərinə lazım olduqları üçün yaradılmışdılar, indi isə heç bir fəaliyyət göstərməmələrinə rəğmən, hələ də qeydiyyatda qalmaqda davam edirlər.

Müxalifət lideri hakimiyyətə xitabən deyib ki, rəhbərlik Azərbaycanı qeyri-demokratik ölkə olduğunu iddia etməkdənsə, 2008-ci ildə Sarkisyan-Köçəryan cütlüyünün erməni xalqının başına açdığı oyunlarını, necə təhqir etmələrini xatırlasın.

Petros Makeyan xalqı küçələrə səsləyərək deyib: "Bu cinayətkar rejimi rədd etməkdən ötrü dekabrın 6-da seçki məntəqələrini tərk etdikdən sonra hər bir vətəndaşı axşam saat 20:00-da "Azadlıq" meydanına dəvət edirəm. Biz həmin vaxt səssayma prosesinə müdaxilələri birgə müzakirə edəcəyik".

"İrs" partiyasının ldieri Raffi Ovannisyan da öz növbəsində deyib ki, Sarkisyan indi də erməni xalqının başını müharibə mövzusu ilə qatmaq istəyir. Onun sözlərinə görə, hakimiyyəti işğal etmiş Sarkisyanın bəyanatları barədə heç bir fikir səsləndirmək marağında və istəyində deyil.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə