"Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı bütün normativ aktlar mövcuddur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.
Fuad Ələsgərov Azərbaycanın bütün gənclərinə müraciət edərək qeyd edib ki, hər zaman öz əməllərində dünyəvilik ideyalarını rəhbər tutsunlar: "Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək, dövlətimizi qoruyacaqlar".
Nardaran hadisələrinə toxunan şöbə müdiri F.Ələsgərov qeyd edib ki, dini radikalizm və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas olmayan haldır: "Gənclərimiz də təbliğat işlərində aktiv olmalıdırlar. Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Azərbaycan Parlamenti bu normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplara qoşulmayacaq və dini radikalizm əleyhinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gəncləri düz yola dəvət edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB