Fəzail Ağamalı terrora dəstək verənləri İTTİHAM ETDİ

Fəzail Ağamalı terrora dəstək verənləri İTTİHAM ETDİ

"Artıq bəlli oldu ki, Tale Bağırzadə Milli Şuranın tərkibində yer alıb. Bu fakt həm də onu təsdiq edir ki, Milli Şura siyasi radikalizmlə, dini radikalizmin qovuşduğu qurumdur". Sözügedən fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Nardaran hadisələrindən sonra radikal müxalifət düşərgəsinə məxsus "Milli Şura" və AXCP rəhbərliyinin Tale Bağırzadənin terorrçuluq və təxribatçılıq cəhdlərinə haqq qazandırmalarına münasibət bildirərkən deyib.

Millət vəkili deyib ki, əlbəttə bütün bu hadisələr anti-Azərbaycan qüvvələri tərəfindən xaricdə hazırlanaraq reallaşdırılıb: "Dəfələrlə söyləmişəm və bu gün də öz fikrimdə qalıram ki, anti-Azərbaycan qüvvələrinin içərisində anti-milli qüvvələr yer alır. Beləliklə də ölkəmizə qarşı bir anti-Azərbaycan koalisyası mövcuddur ki, bunun vasitəsilə öz maraqlarını təmin etməyə çalışırlar".

"Ölkə Prezidentinin apardığı qətiyyətli siyasəti həzm edə bilməyən ayrı-ayrı mərkəzlərdəki qüvvələr dövlət maraqlarımıza zərbə vurmağa çalışırlar"-deyə qeyd edən Fəzail Ağamalı eyni zamanda bildirib ki, bunların içində dini radikalizmə, siyasi radikalizmə xidmət edən insanlar, qeyri-hökümət təşkilatlarının nümayəndələri var: "Mənzərə tam açıq şəkildə ortadadır. Milli Şura kimi qurumlar, Əli Kərimli, Leyla Yunus, Tale Bağırzadə kimi adamlar yalnız öz maraqlarından çıxış edərək dövlətçiliyə, dövlətə qarşı çıxaraq bu anti-milli koalisyasının apardığı siyasətin bir parçasına çevriliblər. Ona görə də hesab edirəm ki, hüquq mühafizə orqanları araşdırmalarını davam etdirməli, aidiyyatı qurumlar Milli Şuranın fəaliyyətinə hüquqi qiymət verməli, orada yer alan insanlar anti-milli qüvvələr olaraq ifşa edilməlidir. Başlanmış olan Nardaran hadisələri ilə əlaqədar proses sonuna qədər getməli, bütün dini ektermistlər cəzalandırılmalıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə