"Milli Şuranın Azərbaycanın dövlətinə və dövlətçiliyinə qarşı istər yerli, istərsə də xarici düşmənlərlə əlaqələr qurması cəmiyyətimiz üçün yenilik deyil. Bu qurum əvvəllər də ölkəmizə düşmən mövqedə dayanan, sabitliyi pozmağa çalışan milli və beynəlxalq anti qüvvələrlə əməkdaşlıq edib". Bu fikirləri SİA-ya açıqlamasında "İslahatçı Gənclər " İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Sədr bildirib ki, Nardarandakı bir qrup dini-ekstremist terrorçu qüvvələr Azərbaycanda sabitliyi pozmağa, dünyəvi dövlət modelini sarsıtmağa cəhd ediblər: " Hüquq-mühafizə orqanlarımızın sayıqlığı və operativliyi sayəsində bu cəhd baş tutmayıb.
Baş verən Nardaran hadisələrində həmin dini-ekstremist qüvvələrlə Milli Şura, radikal düşərgə "liderlər"inin işbirliyi məsləsinə də toxunan Fərid Şahbazlı deyib: "Azərbaycan xalqına bəllidir ki, Milli Şurada təmsil olunan "liderlər" özlərinin hakimiyyət maraqlarına görə hətta düşmən Ermənistanla belə danışığa getməyə hazırdırlar. Onların "erməni sevgisi" hətta təsir altında saxladıqları mətbu orqanlarda Azərbaycan hakimiyyəti əleyhinə düşmən dövlətin sərsəmləmələrini işıqlandırmaqla erməni kartından istifadə etməkləri ilə də sübut oluna bilər.
Bütün bu baş verənlər ölkə ictimaiyyətinə bir daha göstərdi ki, radikal müxalifət düşərgəsindəki "liderlər" nə bahasına olursa-olsun xarici maraq dairələrinin göstərişlərini yerinə yetirməyə hazırdırlar. Gənc olaraq Milli Şura və radikal düşərgənin digər şəxslərinin din pərdəsi altında öz qara niyyətlərini reallaşdırmağa çalışan ekstremist qruplarla işbirliyini qətiyyətlə pisləyirəm. Biz gənclər buna qarşı dövlət rəhbərliyimiz tərəfindən atılan bütün addımlarda onun yanında olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB