Millət vəkili Avstraliya-Azərbaycan Dostluq qrupunun rəhbərini təbrik edib

Millət vəkili Avstraliya-Azərbaycan Dostluq qrupunun rəhbərini təbrik edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Avstraliya İttifaqı Parlamenti Nümayəndələr Palatasının deputatı, Avstraliya-Azərbaycan Dostluq qrupunun rəhbəri Luke Simpkinsə özünün "facebook" səhifəsində təbrik müraciəti ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir

"Hörmətli cənab Luke Simpkins!

12 noyabr 2015-ci il tarixində Avstraliya İttifaqı Parlamenti Nümayəndələr Palatasında keçirilən iclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən çıxışınız məndə dərin təəssürat yaratdı.

1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, nəticədə bir milyondan artıq insan qaçqına və məcburi köçkünə çevrildiyini çıxışınızda qeyd etdiniz. BMT tərəfindən Ermənistanın qanunsuz hərəkətlərini ifşa edən dörd qətnamənin qəbul edilməsi və 2014-cu ilin iyul ayında Azərbaycana məxsus ərazidə Ermənistan Silahlı qüvvələri tərəfindən üç azərbaycanlının əsir götürülməsi faktlarını parlamentin diqqətinə çatdırdığınızın şahidi oldum. Bundan başqa çıxışınızda Avstraliya İttifaqının Xarici İşlər Nazirinin qarşısında Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını və əsir götürülmüş vətəndaşların qaytarılması məsələlərini qaldırmaq istəyiniz öz əksini tapmışdır.

Ermənilərin ölkənizdəki fəaliyyət göstərən diasporu tərəfindən Sizə göstərilən təzyiqlərinə baxmayaraq, Avstraliya İttifaqının siyasi elitasının bir nümayəndəsi kimi, dövlətinizin və xalqınızın beynəlxalq hüququn prinsiplərinə nə qədər sadiq olduğunuzu bir daha əyani şəkildə sübut etdiniz. Sizə yüksək insanlıq keyfiyyətlərinizə, demokratik düşüncənizə və ədalətinizə görə təşəkkür edir və bu hərəkətinizlə Avstraliya cəmiyyətinin Beynəlxalq hüquqa yüksək hörmətinizi göstərmiş oldunuz.

Hörmətli cənab Luke Simpkins!

Sizi həmkarım kimi, Azərbaycana səfərə dəvət edir və şəxsiyyətinizə böyük hörmətimi bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Avstraliya İttifaqı xalqına daim sülh və firavanlıq arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə