Fazil Mustafa: "İranın bölgəyə çox mənfi təsiri var" AÇIQLAMA

Fazil Mustafa: "İranın bölgəyə çox mənfi təsiri var" AÇIQLAMA

"Nardaran əhalisini cinayətkar, xaricdən idarə olunan, dini bayraq götürərək onun arxasında gizlənən qüvvələrin əlindən xilas etmək lazımdır". Bunu SİA-ya millət vəkili Fazil Mustafa Nardaran hadisələri ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, onlar bütövlükdə Nardaran əhalisini girova çeviriblər: "Nardaranda başqa ölkənin bayraqları, şəkilləri yerləşdirilib və ruhanilərin təbliğatı aparılır. Bəs bu yola əl atanlar İranda bunları edə bilərlər? Əlbəttə ki, yox. Hesab edirəm ki, bu məsələlərdə dövlət bir qədər qəti davranmalıdır. Hakimiyyət Konstitusiya ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Bunu başqa cür həyata keçirmək mümkün deyil. Ona görə də hər hansı itki olmadan bütün bu ekstremist ünsürlərin aşkar olunub qanun qarşısında cavab verməsini təmin etmək lazımdır. Düşünürəm ki, əsas olan budur".

F.Mustafa əlavə edib ki, Nardaran hadisələrində İranın rolu da böyükdür: "İranın bölgəyə çox mənfi təsiri var. O, bunu Azərbaycana qarşı ideoloji platforma kimi istifadə edir. Bu, ilk belə hal deyil. Ümid edək ki, İran da bu kimi fəaliyyətlərdən əl çəkəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə