Bu gün tanınmış jurnalist Akif Təvəkküloğlunun doğum günüdür. Uzun illik jurnalistlik fəaliyyəti ilə ölkə mediasında kifayət qədər nüfuza malik olan Akif Təvəkküloğlu həm də bu peşəyə yeni yiyələnən jurnalistlərə bir örnəkdir. Hazırda fəaliyyətini Azərbaycan Respublikasının Ali Qanunverici orqanı-Milli Məclisin mətbuat xidmətinin rəhbəri kimi davam etdirən A. Təvəkküloğlu ömrünün 53-cü baharına qədəm qoyur. Akif müəllim onu təbrik edən hər kəsə ürək sözlərini və minnətdarlığını bildirir. SİA-nın məlumatına görə,
A.Təvəkküloğlu mətbuata açıqlamasında deyib ki, bu gün Milli Məclisin əməkdaşlarından biri olduğuna görə xoşbəxtdir.
O qeyd edib ki, bunun üçün ilk növbədə ölkə rəhbərliyinə, Milli Məclis rəhbərliyinə həddindən artıq minnədardır: "Xoşbəxtəm ki, bu kollektivdə işləyirəm. Dövlət üçün necə AzTV-də çalışırdımsa, həmin iş prinsipimi dəyişmədən parlamentdə davam etdirirəm. Burada da çalışıram ki, bütün gücüm, qabiliyyətim, nə varsa, üzərimə düşən işin öhdəsindən layiqincə gəlim".
Qeyd edək ki, Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib.
Əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. Mətbuata, jurnalistikaya olan meyli və istedadı onu bu sahəyə gətirib. Jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.
Biz də "SƏS" Media Qrupu adından həmkarımız Akif Təvəkküloğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona peşə fəaliyyətində, şəxsi həyatında uğurlar arzu edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB