Mübariz Qurbanlı: "Nardarandakı hadisələr terror əməli kimi dəyərləndirilir" AÇIQLAMA
"Azərbaycanda hər kəs qanuna tabe olmalıdır. Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı polisə müqavimət göstərilib. Qanuni fəaliyyətini həyata keçirən dövlət qurumlarına bu cür müqavimət göstərənlər cəzalarını alırlar". SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Nardaranda baş verən hadisələrə görə məsuliyyət hadisəni törədənlərin üzərinə düşür: "Bu şəxslərin bir qismi saxlanılıb. Hazırda istintaq-əməliyyat işləri aparılır. Polisə qarşı silah işlədilməsi ağır əməldir. Bu, faktiki olaraq terror əməli kimi dəyərləndirilir. Nardaran əhalisi bu cür hərəkətlərin törədilməsinə imkan verməməlidir. Azərbaycan ictimaiyyəti milli təhlükəsizliyimizin, ictimai asayişin qorunması ilə bağlı atılan addımları dəstəkləyir".
M.Qurbanlı Nardaranda müxəlif bayraqların asılmasına da toxunaraq qeyd edib ki, Azərbaycanda bayraq haqqında qanun var: "Bayraq qaldırmağa ehtiyacı olan zümün Azərbaycan dövlət bayrağı qaldırılmalıdır. İdman yarışları və digər tədbirlərdə bayraq qaldırıla bilər. Amma bu da qanunla tənzimlənir. Nardaranda isə dini atributlar hesab olunan və qanunla yayılması və təşviqi qadağan edilən bayraqlardan, atributlardan istifadə edirlər. Yerli-yersiz divarlara, Nardaranın mərkəzində divarlara şüarlar yazırlar. Bunlar qanunla qadağan edilən hərəkətlərdir. Müxtəlif bayraqlardan istifadə də qanuna ziddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB