"Azərbaycan bütün dünyaya nümunə olacaq ölkələr sırasındadır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində tarixən müxtəlif millətlərdən nümayəndələr yaşayıb və bir dövlət kimi biz həmişə həmin millətlərlə mədəni əməkdaşlıq çərçivəsində əlaqələr qurmuşuq.
O bildirib ki, hazırda Azərbaycan islam dünyası içərisində dünyəvi bir dövlətdir: "Azərbaycanın bütün dünyaya nümunə olacaq zəngin dəyərləri var və biz bunu bütün xalqlara nümayiş etdirməyə hazırıq. Bu gün bir çox ölkələrdə islamofobiya, anti-xristian cərəyanları çoxalmaqdadır. Lakin məhz Azərbaycanda dövlət dəstəyi sayəsində dini mərkəzlərin sayı günü-gündən artmaqdadır. Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə olacaq ölkələr sırasındadır.
Azərbaycanda bu gün yeni məscidlər, kilsələr inşa olunur. Bu tarixən formalaşmış bir ənənədir. Bunu çox yüksək qiymətləndirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB