İŞİD neftini Avropaya satır? Açıqlama - SƏS TV

İŞİD neftini Avropaya satır? Açıqlama - SƏS TV

"İki ölkənin geosiyasi mövqelərində ciddi dəyişikliklər ola bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Mirbəşiroğlu Rusiya-Türkiyə münasibətlərini iqtisadi aspektdən şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyaya məxsus hərbi təyyarənin vurulmasında maraqlı tərəflər var idi və onlar demək olar ki, öz məqsədlərinə çatdılar: "Rusiyanın iqtisadi bazasını bir baxıma Türkiyə və Çin təşkil edirdi. Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar onun iqtisadiyyatını tənəzzülə uğradarkən Türkiyə ilə iqtisadi əməkdaşlıq ona böyük dəstək olurdu. Digər tərəfdən Türkiyənin Rusiya ilə möhkəm iqtisadi əməkdaşlığı mövcud idi. Bu iki dövlətin uğurlu iqtisadi-siyasi əməkdaşlığı bir çoxlarının xeyrinə deyildi.

Hazırda Rusiya və Türkiyə arasındakı münasibətlər daha da kəskinləşib. Bu, həm Rusiyanın, həm Türkiyənin iqtisadi vəziyyətinə xeyli ziyan vura,hər iki ölkənin geosiyasi mövqelərində ciddi dəyişikliklərə yol aça bilər. Xüsusilə Türkiyənin Rusiyaya qarşı radikal addımlar atması Rusiyanın vəziyyətini kəskinləşdirə bilər. Bura İstanbul Boğazının bağlanması da daxildir".

Ekspertin fikrincə Rusiya həm də İŞİD-in bazara çıxardığı neftin satışından da ciddi ziyan gördüyü halda Türkiyə ilə münasibətləri gərginləşdirmək heç də sərfəli deyil: "İŞİD-in satdığı neftin kimlər tərəfindən alındığı məlum deyil. Buna xüsusilə maraq göstərilmir. Lakin bir fakt var ki, İŞİD-in satdığı neft Avropaya belə gedib çatır. Bu da neft bazarında ciddi mövqeyə sahib Rusiya üçün böyük itkidir".

Bütün xəbərlər Facebook səhifəmizdə