Arzu Nağıyev: “Türkiyə-Rusiya gərginliyi geosiyasi vəziyyətə də təsir edir” MÜNASİBƏT

“Gərginliyin aradan qaldırılması istiqamətində Azərbaycan səylərini göstərməyə hazırdır”
Arzu Nağıyev: “Türkiyə-Rusiya gərginliyi geosiyasi vəziyyətə də təsir edir” MÜNASİBƏT

"Bu gərginlik eyni zamanda region dövlətlərinə, ümumən geosiyasi vəziyyətə də təsir edir. Bu baxımdan Prezidentin belə bir humanist və uzaqgörən jesti təqdirə layiq addımdır". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılmasında Azərbaycanın vasitəçi ölkə kimi çıxış etmək niyyəti ilə bağlı məsələyə münasibət bildirirkən deyib.

Siyasi ekspert bildirib ki, məlum Türkiyə -Rusiya qarşıdurmasından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və həmin görüşdə də Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayıb: "Təbii ki, cənab prezident də qeyd etdiyi kimi hər iki ölkə tarixən sıx əlaqələrə malikdir və Azərbaycan bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində Azərbaycan səylərini göstərməyə hazırdır. Düşünürəm ki, Fransada Türkiyə və Rusiya rəhbərlərinin görüşü baş tutarsa bir çox məqamlara aydınlıq gətiriləcəkdir. İki dövlət başçısının görüşündən çox şey asılıdır. Qarşılıqlı kompromisə gəlinsə, yəqin ki, belə də olacaqdır, bütün tərəflər üçün bunu müsbət bir hal kimi dəyərləndirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə