Rəcəb Tayyib Ərdoğan Obama ilə Rusiyanı müzakirə edəcək
Parisdə keçirilən 21-ci BMT İqlim Dəyişikliyi Konfransı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderləri ilə ikitərəfli görüşləri keçirəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, sabah Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə ikitərəfli görüşü planlaşdırılıb. Görüşdə son günlər Rusiya-Türkiyə arasında yaşanan gərginliyin müzakirə edəcəyi gözlənilir. Türkiyə prezidenti həmçinin Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko, Monteneqro prezidenti Filip Vuyanoviç, Braziliya prezidenti Dilma Russef ilə də görüşəcək.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB