"Avtovağzal" stansiyası 2016-cı ildə istifadəyə veriləcək AÇIQLAMA
"Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarının 2016-cı ilin ilk yarısında təhvil verməyi planlaşdırırıq". Bunu SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, bənövşəyi xəttin ilk iki stansiyası olan "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarda tikinti işləri başa çatıb: "Hər iki stansiyada abadlıq və avadanlıqların quraşdırılması prosesi həyata keçirilir. "Avtovağzal" stansiyasının 8-ci çıxışı olan Bakı-Sumqayıt yolunun altından Biləcəri istiqamətinə tərəf olan çıxışda da tamamlama işləri aparılır. Hər iki stansiyanı 2016-cı ilin ilk yarısında təhvil verməyi planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB