"Bu gün Qarabağla bağlı Azərbaycan dövləti və cənab Prezident İlham Əliyev mütəmadi işlər aparır. Ölkəmizdə Qarabağ komitəsi mövcuddur. Bu, sırf dövlətin əlindədir. Milli Məclisdə də belə bir komitənin yaradılmasına razıyam". Bunu SİA-ya millət vəkili Aqil Abbas Milli Məclisdə Qarabağ komitəsinin yaradılması ilə bağlı təklif olunan fikirlərə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Milli Məclisdə Qarabağ komitəsinin yaradılması çox yaxşı olardı: "Ən azından münaqişə ilə bağlı məsələlər müzakirə olunardı. Amma bu komitənin plenar iclaslarının mətbuata açıq olmasını qəbul etmirəm. Hesab edirəm ki, iclaslar bağlı keçirilməlidir. Belə bir komitənin yaradılması Milli Məclisin səlahiyyətində olan məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB