İSESCO-nun baş direktoru: “İşğal altında olan Azərbaycan torpaqları geri qaytarılmalıdır”

İSESCO-nun baş direktoru: “İşğal altında olan Azərbaycan torpaqları geri qaytarılmalıdır”

"Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsidir. Ona görə də İSESCO bu məsələdə hər zaman Azərbaycanın yanındadır. İSESCO öz prinsiplərinə sadiqdir". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İSESCO-nun baş direktoru seçilən Əbdüləziz Osman əl-Tuveycri deyib.

Əbdüləziz Osman əl-Tuveycri bildirib ki, quruma üzv olan bütün ölkələr də Azərbaycanın bu məsələdəki mövqeyini dəstəkləyir: "İşğal altında olan Azərbaycan torpaqları geri qaytarılmalıdır. BMT-nin 4 qətnaməsi haqqında geniş ictimaiyyətə fikirlərimizi çatdıracağıq. Ermənistan tərəfi hələ də BMT-nin tələblərini yerinə yetirmir. Bir daha bildirmək istəyirəm ki, sözügedən məsələdə Azərbaycan xalqının yanındayıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə