Əbdüləziz Osman əl-Tuveycri: "Bu, olduqca böyük məsuliyyətdir"
İSESCO-nun baş direktoru seçilib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının Bakıda keçirilən XII sessiyasında Əbdüləziz Osman əl-Tuveycri yenidən İSESCO-nun baş direktoru seçilib. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlayıb.

Əbülfəz Qarayev bildirib ki, Əbdüləziz Osman əl-Tuveycrinin bilik və təcrübəsi dünyada gedən proseslərə, İslam dininin imicinin daha da yaxşılaşmasına bundan sonra da yardım edəcək.

Əbdüləziz Osman əl-Tuveycri isə qeyd edib ki, yenidən baş direktor seçildiyi üşün çox sevinclidir: "Bu, olduqca böyük məsuliyyətdir. Yenidən bu səlahiyyəti mənə tapşırdığınız üçün hər kəsə təşəkkür edirəm. Bu işi davam etdirmək mənim üçün böyük qürurdur. Ümid edirəm ki, komandamız bundan sonra İslam dünyası üçün xüsusi diqqət yetirəcək. Sizin mənə olan inamınızı sarsıtmamağa çalışacağam. Sössüz ki, hədəfələrə, məqsədə nail olmaq üçün müəyyən problemlərə rast gəlirik. Amma yenə də öz vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə