Aytən Mustafayeva: “AŞPA-nın qətnaməsi sıradan bir kağız parçasıdır” AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) indiyədək Azərbaycanla bağlı çıxardığı bütün qətnamələr yerinə yetirilmədiyi üçün mənim onlara inamım itib". Bunu SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva AŞPA-nın Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər AŞPA-nın bundan öncə qəbul etdiyi qətnamələr yerinə yetirilsəydi, ölkəmizdə çoxdan hər şey bərqərar olardı: "Beləcə biz öz məqsədlərimizə nail olardıq. Mən onların yeni bir kağız parçalarına inanmıram. Hətta AŞPA-nın bu məsələlərdə gücünü də o qədər görmürəm. Heç şübhəsiz ki, AŞPA-nın qətnaməsi sıradan bir kağız parçasıdır. İndiyədək nə beynəlxalq təşkilatların nüfuzu, hörməti, nə də onların qəbul etdiyi sərəncamların, qətnamələrin önəmi qalmayıb. Onlar özlərinə inamı bərpa etmək üçün hələ çox zaman sərf etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB