Qazaxıstan xarici işlər nazirinin birinci müavini Azərbaycana gələcək

Qazaxıstan xarici işlər nazirinin birinci müavini Azərbaycana gələcək

Dekabrın 4-də Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Joşıbayev Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, Qazaxıstanın Azərbaycandakı səfirliyi yaydığı məlumatda bildirir ki, "Astana EKSPO-2017" beynəlxalq ixtisaslaşmış sərginin komissarı olan nazir müavini Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşəcək. Görüşdə Azərbaycanın "Astana EKSPO-2017" beynəlxalq ixtisaslaşmış sərgisində iştirakı barədə razılaşma imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə