"Milli Şura Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən xarici dairələr tərəfindən maliyyələşdirilərək yaradılmış və özünü ifşa etmiş qurumdur". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli bildirib ki, ölkənin hər hansı ciddi siyasi partiyası bu qurumda təmsil olunmur: "Milli Şura öz-özünü o qədər ifşa edib ki, artıq bu ad altında fəaliyyət göstərməyin mənası yoxdur. Adı "Milli" olsa da özü Anti-Milli Şuradır".
Son günlər AXCP ətrafında baş verən hadisələrə münasibət bildirən politoloq qeyd edib ki, Əli Kərimli AXCP adlı siyasi qurum üzərində mənəvi və hüquqi haqqını çoxdan itirib: "2000-ci ildən de-fakto olaraq nə AXCP adlı bir qurum, nə də onun rəhbəri var. Hazırki vəziyyətdə Əli Kərimli ilə onun müavini arasında olan qarşıdurmaya Ədliyyə Nazirliyi aydınlıq gətirəcək. Əli Kərimli hansı qurumun rəhbəri olursa olsun o, Azərbaycan siyasi arenasında nüfuzunu çoxdan itirmiş, hətta öz yaxın ətrafı tərəfindən belə qəbul olunmayan insandır. Əli Kərimlinin bu qurumun rəhbərliyinə gəlib-gəlməməsi də heç nəyi dəyişməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB