Brüssel polisi apardığı anti-terror əməliyyatı zamanı Paris terrorunun əsas iştirakçılarından biri olan Saleh Əbdülsəlamı yaxalaya bilməyib. SİA xəbər verir ki, bu barədə ölkənin "Libr Beljik" qəzetinin saytı məlumat verir. Nəşr informasiyasında qeyd edir ki, qeyri-rəsmi xəbərə görə, Brüsselin Midi küçəsindəki əməliyyat zamanı 6 terrorçu həbs olunub və həmin vaxt onlardan biri yaralanıb. Eyni zamanda, xüsusi xidmət orqanları Saleh Əbdülsəlamın Molenmek-Sen-Janda yaşayan əmisi eivində də axtaış aparıb.
Qəzet qeyd edir ki, Əbdüllsəlam "formal olaraq müəyyən olunmuşdu". Belə ki, polis patrulu onun idarə etdiyi BMW markalı avtomobilini Lyej ətrafında axşam saat 19:30 radələrində görüb. Lakin o polisdən yayınaraq, gizlənməyə macal tapıb. Ehtimal edilir ki, terrorçu E40 avtomagistralı istiqamətində Almaniyaya tərəf istiqamət götürüb.
"Libr Beljik" yazır ki, Lyej əməliyyatı zamanı Şarleur Damremi şəhəri kommunasında da axtarışlar aparılıb. Nəticədə ən azı bir nəgər şəxs həbs olunub.
Bu arada "BBC News" də Belçika prokurorluğuna istinadən xəbər verir ki, reyd zamanı 16 nəfər şəxs saxlanılıb və onlardan bir nəfər əməliyyat zamanı yaralanıb.
Xatırladaq ki, Belçikanın koordinasiya və analiz xidməti terror təhlükəsinin ən yüksək həddə olmasını bəyan etdikdən sonra anti-terror reydləri bazar günündən gücləndirilib.
Rövşən Nurəddinoğluk
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB