Hikmət Babaoğlu: “YAP Ulu Öndərin şah əsərlərindən biridir” MÖVQE

Hikmət Babaoğlu: “YAP Ulu Öndərin şah əsərlərindən biridir” MÖVQE

"Yeni Azərbaycan Partiyasi bu gün Azərbaycan siyasi palitrasının ən optimal səviyyədə təşkilatlanmış siyasi qüvvəsi və regionun ən böyük siyasi partiyasıdır". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, son parlament seçkilərində millət vəkili adını qazanmış Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyası xalqımızın milli adət-ənənələrinə, milli mədəniyətinə, milli siyasi düşüncəsinə söykənərək yaranan partiyadır: "Partiyanın 650 mindən artıq üzvünün olması bir daha sübut edir ki, YAP yarandığı ilk gündən xalqın yanında olaraq onun böyük inamını qazana bilmişdir. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası bütövlükdə xalqın sosial, siyasi, mədəni, intellektual təbəqələrini təmsil edir. Bu partiyamızın 23 illik fəaliyyətinə verilən ən böyük qiymətdir".

Partiyanın yarandığı tarixdən bu günə qədər keçdiyi uğurlu fəaliyyət yoluna diqqət çəkən Hikmət Babaoğlu qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əli ilə yazdığı proqram və nizamnamə əsasında fəaliyyət göstərən YAP 23 il ərzində çox böyük nailiyyətlər əldə etmişdir: "Bu partiya Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət, sosial dövlət fəlsəfəsi kimi böyük dəyərlər təqdim etmişdir. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu YAP ölkənin iqtidar partiyası olmaqla bundan sonra Azərbaycanın daha da inkişafına öz töhfəsini verəcəkdir.

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyidir. Bu münasibətlə mən partiyadaşlarımı, əqidədaşlarımı, bütün Azərbaycan xalqını təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə