PA rəhbərinin müavini: “YAP yarandığı gündən daim inkişafdadır” AÇIQLAMA
"Bu gün Yeni Azərbaycan Partiyası (YAP) təkcə regionda yox, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında yox, beynəlxalq aləmdə ən mütəşəkkil və qarşısında açıq-aydın xalq, dövlətlə bağlı məqsədlər qoyan bir partiyadır. Partiyanın indiki mövqeyi də bunu açıq-aydın nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.
PA rəhbərinin müavini bildirib ki, YAP yarandığı gündən daim inkişafdadır: "Partiya Azərbaycan dövlətinin, dövlətçiliyinin, ölkə xalqının rifahının, sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin olunması üçün əlindən gələni edir. Məhz buna görə də partiya getdikcə güclənir. YAP bu gün artıq regionda ən böyük partiyalardan biridir. Bu həm onun üzvlərinin, həm də partiyanın daxili qətiyyəti, durumu, mütəşəkkilliyi, səfərbərliyi və həmrəyliyi ilə bağlıdır. Bu isə çox böyük hadisədir. Düşünürəm ki, YAP-ın yaranma zərurəti o dövrdə Azərbaycanın tamamilə dünya səhnəsindən silinməsinin qarşısını almaq məqsədindən irəli gəlmişdi".
N.Məmmədov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan siyasi səhnəsinə xalqın təkidi, təklifi, dəvəti ilə gəlməsi YAP-ın yaradılması üçün bir əsas oldu: "İnsanlar düşündülər ki, Ulu Öndər Heydər Əliyev kimi dahinin bu ölkəyə rəhbərlik etməsini bu partiyanın köməyi ilə davam etdirmək lazımdır. Məhz bu nöqteyi-nəzərdən yanaşsaq YAP-ın yaranmasını zəruri edən amillər çox olub. Yenə təkrar edirəm, bu zərurətlərdən biri Ümummilli Liderin Azərbaycana qayıdıb dövlət rəhbərliyinə gəlməsi, digəri isə YAP-ın yaradılması idi. Sözün həqiqi mənasında Ulu Öndərimizin təşəbbüsü və birbaşa iştirakı ilə YAP-ın yaranması və Heydər Əliyevin hakimiyyətə qayıdışı o dövrün çox mühüm, taleyüklü hadisələri idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB