Müşfiq Ələsgərli: "Reket saytlar şantaj xarakterli məlumatları yayırlar"
"Bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır.Qərəzli məlumatların yayılmasına maraq var". SİA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, bəzi "reket" saytlar müxtəlif şantaj xarakterli məlumatları tirajlayırlar: "Hadisələrə etik media konteksindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsiplərə əməl olunmayıb. Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin məlumata baxırsan görürsən ki, bu cür məlumatlar qərəzli xarakter daşıyır. Bu cür əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman bu gün bir sıra media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi "reket" saytlar bir neçə adlarla fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB