"Notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı da ilbəil artır". SİA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun "Azərbaycan" qəzetində nəşr olunan məqaləsində bildirib.
Nazir qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb: "Bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib".
F. Məmmədov məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı da danışıb. O deyib ki, məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə respublikanın müxtəlif regionlarında müasir tipli penitensiar müəssisələr istifadəyə verilib və bu sahədə islahatlar davam etdirilir: "Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradıb. Bu institutun səmərəli və şəffaf tətbiqi nəticəsində bu günədək 4 min 200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 96 faizi müsbət həll edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB