Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Haqqin.az saytında Yusif Məmmədəliyev küçəsi 30, 32, 34 ünvanında yerləşən tarixi binanın sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib. BŞİH-nin mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir: "Yusif Məmmədəliyev küçəsi 30, 32, 34 ünvanında yerləşən bina tarixi memarlıq abidəsi olaraq Mədəniyyət və Turizm Nazirliyinin nəzarətindədir və Xarici İşlər Nazirliyinin balansındadır. Həmin binanın sökülməsi ilə əlaqədar Haqqin.az saytında bir neçə dəfə gedən məlumatlar tam yalan və iftiradır, heç bir həqiqətə uyğun deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB