Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edir. Komitədən SİA-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilib ki, dünyanın bütün konflikt zonalarında olan qaçqın və məcburi köçkünlərdən fərqli olaraq ölkəmizdə bu kateqoriyadan olan insanlara ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daimi yüksək diqqət və qayğı göstərilir. Lakin təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan suiistifadə edirlər.Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir.
Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb etmişlər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.
Komitə bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB