Rövşən Rzayev: “Axı Ermənistan kimdir ki, Azərbaycanın qabağında dayansın” AÇIQLAMA
"Heç şübhəsiz ki, ABŞ Dövlət Departamentinə və kəşfiyyatına yaxın olan rəsmi Vaşinqtonda nəşr olunan nüfuzlu "Stratfor" siyasi jurnalında Azərbaycanın işğal altında olan 7 rayonunun azad ediləcəyi ilə bağlı məlumatların yer alması reallığı əks etdirir". Bunu SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycan tezliklə öz ərazi bütövlüyünü təmin edəcək və bütün işğal altında olan torpaqlarımız geri qaytarılacaq: "Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da öz doğma yerlərinə – Şuşa, Xocalı və digər bölgələrə köçəcəklər. Bu, birmənalı belədir. Çünki bu, Ümummilli Lider Heydər Əliyev siyasətidir və ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsi olacaq. Mən buna tam əminəm".
R. Rzayev əlavə edib ki, Ermənistan ümumiyyətlə dövlət deyil ki, onun müstəqil fikri də olsun: "Bu dövlətin başında dayanan terrorçu Sarkisyan və digəri Koçaryandır. Onlara hansı təklif olunacaqsa, onu da edəcəklər. Axı Ermənistan kimdir ki, Azərbaycanın qabağında dayansın. Bu ölkə nə Azərbaycanın bir metr torpağını işğal edə bilər, nə də onu saxlaya bilər. Bu tamamilə başqa düşüncəyə malik məsələdir. Bütün bunlar dünya siyasəti, Azərbaycanın uğurları, ölkə Prezidenti cənab İlham Əliyevin dünya siyasətçiləri yanında olan siyasi çəkisinin yanında olan məsələlərdir. Bunun başqa alternativi yoxdur. Danışıqlar prosesində ciddi mövqeyi olan, düzgün haqqı tələb edən, beynəlxalq hüquqa söykənən mövqe yalnız Azərbaycan tərəfindən irəli sürülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB