“Cihazlardan istifadə Azərbaycana böyük üstünlüklər verə bilər” Politoloq

“Cihazlardan istifadə Azərbaycana böyük üstünlüklər verə bilər” Politoloq

"Hesab edirəm ki, Avropa ölkələrində terrorçuların izlənməsi üçün hazırlanan cihazdan Azərbaycan da Dağlıq Qarabağda terrorçuları izləmək üçün istifadə edə bilər". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu cihazları ya Azərbaycan özü hazırlaya, ya da xarici ölkələrin birindən ala bilər: "Çünki müasir müharibə xüsusi cihazların olmasını tələb edir. Heç şübhəsiz ki, Azərbaycan da bu işə nail ola bilər. Hesab edirəm ki, bu cihazlar müharibədə qələbə əldə etmək üçün çox böyük üstünlüklər verə bilər. Beləcə, Dağlıq Qarabağda istənilən prosesləri bu aparatlar vasitəsilə aydın müşahidə etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə