"Mən heç bir bir AXCP-ni, istər Razi Nurullayevin, istərsə də Əli Kərimlinin iddiasında olduğu partiyanı dəstəkləmirəm". Bu fikirləri SİA-ya hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov onun barəsində yayılan informasiyaya münasibətini bildirərkən deyib.
Belə ki, Razi Nurullayevin sədri olduğu alternativ AXCP-yə məxsus saytda onun məhz həmin təşkilatı dəstəklədiyi barədə məlumat yer alıb. Hüquq müdafiəçisi kimin haqlı tərəf olduğundan xəbərsiz olduğunu qeyd edib: "Kimin hüquqi baxımından haqlı olduğunu bilmirəm. Çünki bu vaxta qədər onların fəaliyyətini izləməmişəm. Kim qurultayı səhv və yaxud da düz keçirib, bilmirəm. Doğrusu heç mənə maraqlı deyil. Sənədləri görməmişəm, prosedurlardan xəbərim yoxdur".
Xatırladaq ki, Razi Nurullayevin rəhbəri olduğu AXCP Ədliyyə Nazirliyinin Əli Kərilminin sədri olduğu partiyasının qurultayının nəticələrini tanımadığını bəyan edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB