Ərdoğan: "Gücümüzü dünyadakı sülhün bərqərar olması üçün atacayıq"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşünün bəzi detalları haqqında mətbuata açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan bildirib ki, həmkarı ilə dünyadakı beynəlxalq terrorizmə qarşı mübarizədə hər iki tərəfin mövqeyi öz əksini tapıb: "Bu məsələ inanıram ki, "G20" sammitində çox qəti şəkildə öz həllini tapacaq. Həmkarımla Suriyadakı vəziyyəti ələ almaq imkanımız oldu. Bundan sonrakı atacağımız addımları birgə qiymətləndirəcəyik. Starteji tərəfdaşlar olaraq bundan sonrakı gücümüzü dünyadakı sülhün bərqərar olması üçün atacayıq".
Ərdoğan terror hadisəsinə də toxunaraq deyib ki, o, Barak Obama ilə bu müstəvidə də müzakirələr apardı: "Terrorun dini, irqi, milləti, Vətəni yoxdur. Paris Türkiyənin Ankara, Qaziantep, Suruç, Diyarbəkir şəhərlərində olduğu kimi bir terror hadisəsi ilə üz-üzə qaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB