"Onlar müsəlman dəyərlərini təhqir etdilər" Açıqlama

"Onlar müsəlman dəyərlərini təhqir etdilər" Açıqlama

"Fransa bundan sonra müəyyən tədbirlərə əl atacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov deyib.

O bildirib ki, Fransada baş verən terror aktı ilə bağlı geniş şəkildə versiyalar irəli sürmək çətindir lakin dinindən asılı olmayaraq terror aktlarına qarşı birgə səylər ortaya qoyulmalıdır: "Faktiki olaraq terror aktını İŞİD öz üstünə götürüb. Artıq Fransanın bir çox informasiya vasitələri, xüsusilə də onların satirik jurnalları müsəlmanlara qarşı çoxlu satirik şəkillər dərc etdirir. Onlar faktiki olaraq müsəlmanların dəyərlərini təhqir edir.

Bundan əvvəl də Fransaya qarşı belə bir terror aktı törədilib. Fransa bundan nəticə çıxartmalı idi. Lakin heç bir nəticə çıxartmadı. Fransa daha gücləndirilmiş rejimdə işləməli idi. Kütləvi informasiya vasitələrinin belə bir şüar və karikaturalara bürünməsinə yol verilməməli idi. Azad söz şüarları altında özlərinə qarşı nifrət yaratdılar. Bu terror aktı da bütün bunların ağır nəticələridir. Fransa bundan sonra hansısa tədbirlərə əl atacaq. Çünki artıq Fransada fövqəladə hal elan edib. Dövlətlər artıq terrora qarşı birgə səylər göstərməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə