Ölənlər arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır XİN sözçüsü

Ölənlər arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır XİN sözçüsü

Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır. SİA-nın məlumatına görə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirilib ki, hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə