"Soyqırımı aktı Azərbaycan parlamentində də tanına bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa Ukrayna Ali Radasının Krım tatarlarının 1944-cü ilin mayında deportasiyası faktını soyqırımı kimi tanımasına münasibət bildirərkən deyib.
O bildirib ki, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstan parlamentlərində belə bir soyqırımı aktı tanına bilər: "Belə bir qərar əlbəttə ki, tanına bilər. Həmçinin Azərbaycan parlamentində də belə bir soyqırımı akt tanına bilər və tanınmalıdır da, çünki Məhsəti türklərinin də eyni faciəni yaşadığını bilirik".
Fazil Mustafa bu məsələyə reaksiya verməyin tam zamanı olduğunu vurğulayıb: "Ukraynada belə bir qərarın qəbul edilməsini sadəcə alqışlamaq lazımdır. Çünki Krım türklərinin də haqlarının qorunması bir türk olaraq bizim üçün də vacib məsələlərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB