Politoloq: “Ölkə başçısı hər addımı xalqın rifahı naminə atır” AÇIQLAMA

Politoloq: “Ölkə başçısı hər addımı xalqın rifahı naminə atır” AÇIQLAMA

"Bütün dönəmlərdə hər bir dövlətlərdə kadr islahatlarının aparılması olub və normal hal kimi qarşılanır. Ölkəmizdə aparılan islahatlar da yalnız xalqın rifahı naminə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib. O, Azərbaycan xalqının Prezident İlham Əliyevin apardığı uğurlu islahatları dəstəklədiyini qeyd edib: "Prezident İlham Əliyev çıxışlarında hər dəfə bəyan edir ki, ölkəyə, dövlətə, xalqa xəyanət edənlər vəzifələrində qala bilməzlər. Öz işini layiqincə yerinə yetirə bilməyən məmurlar da vəzifələrindən kənarlaşdırılır ki, bu da normal haldır. Kimliyindən asılı olmayaraq, bütün məmurlar anlamalıdırlar ki, dövlət başçısı milli şəxsdir və ölkəsi, dövləti, xalqı üçün çalışır. Bütün məmurlar da cənab Prezidentin yolu ilə getməli, milli dövlətçiliyimizin möhkəmlənməsinə öz töhvələrini verməlidirlər".

Politoloq bildirib ki, təəssüf ki, bəzi məmurlarda "baş gicəllənməsi" olur: "Onlar bir anlığa kimin rəhbərliyi altında işlədiklərini unudurlar. Anlamırlar ki, bütün proseslər birbaşa cənab Prezidentin nəzarəti altındadır. Ölkə başçısı hər addımı xalqın rifahı naminə atır. Ulu Öndər Heydər Əliyevin ideologiyasına sadiq olan insanlardan ölkəmiz və dövlətimizə ziyan gələ bilməz. Cənab Prezident kadr islahatlarında bu cür insanlara - xalqa, dövlətə sədaqətlə xidmət edən şəxslərə etimad göstərir. Azərbaycan xalqı cənab Prezidentin yanındadır ve atdığı hər bir addımı dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə