Akif Nağı: “Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəyərləndirməlidir" AÇIQLAMA
"Azərbaycan tərəfi hər zaman hümanist mövqedən çıxış edərək beynəlxalq birlik normalarını gözləyib. Amma çox təəssüf ki, biz bunu Ermənistan tərəfindən heç zaman görməmişik". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
QAT sədrinin sözlərinə görə, rəsmi İrəvana nə qədər nümunə göstərilsə də, onlar yenə də öz mövqelərində qalırlar: "Hesab edirəm ki, beynəlxalq təşkilatlar da ən azından Azərbaycanın bu cür mövqeyini dəyərləndirməlidirlər. Düşünürəm ki, Azərbaycan artıq "hümanist" addımlardan imtina etməlidir. Əgər qarşı tərəf bunu başa düşmürsə, Azərbaycan da onların etdiyi hərəkəti etməlidir. Gərək Ermənistan tərəfi də Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri qaytarardı. İşğalçı ölkə girovlarımızı maksimum "istifadə" edənə kimi özlərində saxlayacaqıar".
Qeyd edək ki, beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb. Təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB