Səxavət Əlisoy: “Arif Yunusun atdığı addımlar populizm xatirinədir”

Səxavət Əlisoy: “Arif Yunusun atdığı addımlar populizm xatirinədir”

"Müsavat partiyasının başqanı Arif Hacılının özü belə başqasının yanına sığınmağa yer axtarır". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy Arif Yunusun azadlığa buraxılmasından sonra onun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavatın himayəsinə sığınmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Arif Yunusun atdığı bu addımlar populizm xatirinə atılıb: "Hətta bu, publika üçün hesablanıb. Burada Arif Yunusla Arif Hacılı arasında olan münasibətlərdən və yaxud Müsavat camiyəsindən söhbət gedə bilməz. Düşünürəm ki, bütün bunlar Arif Hacılının şəxsi təşəbbüsü ilə baş vermiş bir söhbətdir. Adama sual verərlər ki, bəs niyə Arif Yunus və Leyla Yunus həbsxanada olduğu müddətdə Müsavat partiyası hansı dəyirmi masa keçirib. Burada söhbət həm də Ramiz Yunusla İsa Qəmbərin münasibətlərinin yaxınlığından gedir. Mən bu addımları o qədər ciddi qəbul etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə