Azərbaycanın aparıcı və ilk mobil operatoru "Bakcell" Türkiyənin "Digiturk" şirkəti ilə əməkdaşlığa başlayır. SİA-nın məlumatına görə, bu gündən etibarən "Bakcell" TV Yayım Xidmətinə başlayır. "Bakcell"in rəhbəri Riçard Şirer qeyd edib: "Bu gün bizim üçün əlamətdar gündür, uzun müddətdir ki bu günə aparan yol ucun çalışmışıq".
Bu xidmət "Bakcell"in 3G ve 4G xidmətindən sonra təqdim etdiyi ən yeni xidmətdir. Telefonda TV proqramları izləmək istəyən istifadəçilər "Bakcell" və "Digiturk"un birlikdə hazırladıqları mobil tətbiqi yükləməlidirlər.
Şirkətdən bildiriblər ki, hazırda "Bakcell" yeni xidmətlə yanaşı həm də Abşeron yarımadasında 4G xidmətinin genişləndirilməsi ilə məşğuldur. Şirkətin bu yeni təşəbbüsü "Qoş&coş" adlanir. Yeni xidmət vasitesilə abunəçilər 70-dən artiq kanalı eyni platformadan izləyə biləcəklər. Bunların içində ildə 300-dən çox oyunu göstərən meşhur "Lig Tv" də var.
Hər bir paketə uyğun şifrə var, abunəçi istədiyi paketi əldə edəndən sonra xususi kodla sms gəlir və o koddan istifadə edərək, həmin səhifəyə daxil olur. Orda təqdim olunan şifrə və adı əldə etdikdən sonra yeni xidmətdən istifadə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB