Bu gün Bakı şəhər Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, proses hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilib.
İlk olaraq Ədliyyə Nazirliyindən daxil olmuş məktub oxunub. Məktubda bildirilir ki, alman həkimin müayinəsindən sonra Arif Yunusun təzyiqinin həddən artıq yuxarı olması müəyyən edilib. Bu səbəbdən onu MTN-nin təcridxanasından Penitensiar Xidmətin xəstəxanasına köçürüblər. Burada isə müvafiq müayinələri aparmaq mümkün olmadığından onun barəsində həbs qətiimkan qərarının dəyişdirilməsi xahiş olunub. Prokuror qərarın dəyişdirilməməsini tələb etsə də, müdafiə tərəfinin israrlı tələblərindən sonra hakim Arif Yunusun barəsində qətiimkan təbirinin dəyişdirilərək başqa yerə getməmək iltizamı ilə əvəz olunması barədə qərarı elan edib. Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB